DergiZan

Yazı ve Sanat Ülkesi

Qar Dənəsi / Benzer Yusifova

Bu gün yenə səni gördüm
Küçəmizdən keçib gedən
o ömrünün qışlarında
o qadının saçlarına
niyə yağdın ?
qar dənəsi.

bu gün yenə ələmişdin
ağ tozunu yerə, göyə
tənhalıqdan tir tir əsən
Bir yetimin ürəyinə
niyə yağdın?
qar dənəsi.

Bu gun yenə bağlamışdın
ona gedən yolu, izi
tumurcuqdu sevgiləri
buz eylədin son ümüdü
niye yağdın ?
qar dənəsi.

Ürəyimin cibi də  yox
Əllərimi isitməyə
Mən qəribin kimsəsi yox
Sığal çəkib ovutmağa
Səndə kəsmə  nəfəsimi
Niye yağdın ?
Qar dənəsi .

Kaşki örtsən torpaq üstdə
hopub qalmış bu dünyanın
kirlərini, paslarını
insanların su yerinə
axıb gedən qanlarını
bəyazlığın təmizlemir yer üzünü
niye yağdın?
qar dənəsi .

Vur şaxtanla dondurginən
mərmiləri , silahları
Ayazinla öldurginən
iblis qəlbi nadanları
sənin ömrün bir nəfəslik
niyə  yağdın ?
qar dənəsi.

Bir az qara bəxtlərə yağ
hüzünlərə dərdlərə yağ
həsrət  bizdə yumag yumag
Tökmə səndə  zəhərini
niye yağdın ?
qar dənəsi.

Aldatmazsan daha məni
ağlığınla, paklığınla
istəmirəm yağma birdə
sen yağmasan
göyərəcək “həyat” bəlkə
niyə  yağdın  ?
qar dənəsi.

Ya da ki yağ lopa lopa
yorğun dünya qoy uyusun
uzun olur qış yuxusu
bəlkə  onda gərçək olar
uşaqların nağılları saf arzusu
Bax o zaman söyləyəcəm
yağdıqca yağ
qar dənəsi…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 9 eseri bulunmaktadır.