DergiZan

Yazı ve Sanat Ülkesi

Süsmüşəm Tanrım / Adile Nezer

Ağzımın dadı şeir, qəm də şeirə baldır,
Dözüm də, iradə də at ayağında naldır.
Yenə böyüklük göstər, tut əllərimdən qaldır,
Düşmüşəm, Tanrım, düşmüşəm.

Mən ömür yolçusuyam, falıma baxan ola,
Bağlı qalan sirləri üfləyib aça nola.
Bir təri soyumamış ayrılıq alovuna
Bişmişəm, Tanrım, bişmişəm.

Ucsuzdu-bucaqsızdı göylə yerin arası,
Gəlib tutub yaxamı dərdin gözüqarası.
Sanki duza qoyulub ürəyimin yarası,
Küsmüşəm, Tanrım, küsmüşəm.

Bahar rəngli ümidlər uçub gedib havaya,
Gözüm dikili qalıb gecə ulduza, Aya…
Gec olsa da anladım, mən bu bomboş dünyaya,
Süsmüşəm, Tanrım, süsmüşəm.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.