Tenhalıq / Benzer Yusifova

Sənə məktub yazmağa,
Neynim əlim gəlməyir.
Gəl ayrilaq deməyə,
Adam dilim gəlməyir.

Varaq, varaq yaziram,
Yazıb, yirtıb atıram,
Xəbərin var mı sənin,
Adın yazılıb deyə
Əzilmiş varağları,
Qucaqlayıb yatıram.

Hələ də küncdə qalıb,
Sevgimizin şəkili.
Sən hardan biləsən ki,
Ölüm qədər acıdır
Bir qadının təkliyi.

Əllərinin qoxusu,
İtib gedəcək deyə.
Daramıram saçımı,
Unudub olanları
Bəlkə dönərsən deyə,
Bağlamıram qapımı.

Bir az sızlayar yerin,
Birazda ki, acıtar.
ağlasam oda keçər,
qabıq tutar yaralar.
Öyrəndim ki belədir,
Sevənlər əksik sevər
Tamamsa unudarlar…

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

1 thought on “Tenhalıq / Benzer Yusifova

    Mustafa Cakir

    (22 Şubat 2017 - 19:58)

    Degerli Benzer hanim kardesim
    siiriniz cok güzel olmus.
    Sayenizde ben azda olsa sizin türkcenizi anlar oldum.
    Yüreginize ve emeginize salik,yolunuz her daim acik olsun.
    Saygilar…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir