Ay Ürək / Benzer Yusifova

Nə oldu kim dəydi söylə xətrinə,
Kim əydi qəddini sındırdı belə.
Yolma saçlarını döymə dizinə.
Sənə demədimmi sevmə ay ürək.

Axı kim yaradı məhəbbətindən,
Kim daddı ömürlük səadətindən.
Doldurub sevginin qəm şərbətindən,
Sənə demədimmi içmə ay ürək.

Dedilər uğruna ölsən əbəsdir,
Sevgi bir oyundur tələ, kələkdir.
Bu eşqin yolları daşdı, kəsəkdir,
Sənə demədimmi keçmə ay ürək.

Buraxma qəlbini kirli əllərə,
Qoyma tapadasınlar atıb yerlərə,
Əyləncə deyilsən boş könüllərə,
Sənə demədimmi dönmə ay ürək.

Hələ həyatının dəm çağındasan,
Hələ sevgilərin nəm çağındasan.
Sən uca yerdəsən eşq dağındasan,
Sənə demədimmi enmə ay ürək.

Gülərlər sevginin misgin halına,
Açma dərdlərini kef dostlarına.
Heç kim ortaq olmaz göz yaşlarına.
Sənə demədimmi dinmə ay ürək.

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir