Ürəyim / Aypara Mehman

Nə zaman ki səndən getməyə qalxsam
Önümü o saat kəsir ürəyim.
Fərqinə varmırdım sən demə sənə
Ömürlük düşübmüş əsir (rehin) ürəyim.

Tez- tez yad baxışla süzüb keçirsən
“Uf”belə demədən üzüb keçirsən.
Qırıb-töküb sonra əzib keçirsən
Yenə də səs etmir susur ürəyim.

Səndən qeyri yaşam meyarı (gaye) yoxdur
Sığınacaq yurdu,diyarı yoxdur
Qızıldan (altın) olsa da dəyəri yoxdur
Gözündə olubdur həsir (çul) ürəyim.

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir