Bir Şəklin Vardı / Aynur Agabalayeva

Bir şəklin vardı telefonumda.
Əzizləyib saxladıgım,
Darıxanda qucaqladıgım.
Qəlbimi qırdıgında
Yazıq-yazıq baxıb-
agladıgım şəklin.
Küsdüyümdə qarşıma qoyub,
üzümü yan cevirib
baxmadıgım şəklin…
Bir şəklin vardı telefonumda
Gülümsədiyin,
Gülümsədiyim,
Önəmsədiyim şəklin…
Bir şəklin,..
Ən cox sevdiyim,
Ən cox istədiyim şəklin…
Ən son sildiyim,-
varlıgına dözmədiyim şəklin…

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir