DergiZan

Yazı ve Sanat Ülkesi

Yağışla Bərabər / Xuraman Camalqız

Məndən uzaqlarda sən yenə varsan,
Pəncərə önündə çölə baxırsan.
Kövrək ürəyimə, duyğularıma,
Yağışla bərabər səndə yağırsan.

Yağışlı havada, tənha küçədə,
İslanmaq keçdimi bir an könlündən?
Sevgi dənizində, ayli gecədə,
Bir an oğurlanaq, keçen ömürdən.

Mənə elə gəlir, belə havada,
Yağış süzüləndə, sən üşüyürsən.
Baxçda çiçəyin, gülün üstünə
Şəbnəm düzüləndə nə düşünürsən?

Bu yağışlı gecə, bu an bizimdi,
Ara məsafələr olsada belə.
Yağmurlar həm bizim, həm dənizindi,
Ömür xəyallarda solsada belə.

Gözümü dikirəm sən gedən yola,
Yağış o yollardan izimi silir.
Ümitsiz xəyalım qarmaqarışıq,
Keçib gedən illər bizimi silir?!

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 6 eseri bulunmaktadır.