Son Zamanlar / İltimas İsmayıl

Son zamanlar söz dinləmir
Həzin həzin yanır ürək.
Fəryad çəkib ta inləmir
Yavaş yavaş sönür ürək.

Ağlamağa amanı yox
Dincəlməyə zamanı yox
Gözləməyə gümanı yox
Öz əhdindən dönür ürək.

Əzabımdan o yorulur
Pərvanə tək hey qovrulur
Əllərimdən bax sovrulur
Həsrətindən donur ürək.

Birlikdə yollar keçilib
Sevinc həm kədər içilib
İndisə düşmən kəsilib
İmkansıza qonur ürək.

Dur deyirəm yavaşlamır
Dərdlərimi alqışlamır
Əfv istədim bağışlamır
Gedir artıq, çönür ürək.

03.01.2017

 

Şairin Kendi Sesinden: 

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir