İnanmaq / Bənövşə Mahmudqızı

Ürəyində arzular qalaq-qalaqdır,
İnanmaq arzuları qalamaqdır.
Özünü aldatmaqdır,
Ovundurmaq,
Oda atmaqdır
Nəyəsə, kiməsə inanmaq…
Bəlkə yamaq,
Bəlkə yanmaq,
Köz olmaqdır,
Tutulmayan söz olmaqdır,
Nəyəsə, kiməsə inanmaq…
Buz olmaqdır,
Dad verməyən duz olmaqdır,
Ac olan vaxtı ən dadlı yeməyi
Zibilliyə atmaqdır
Nəyəsə, kiməsə inanmaq…

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir