DergiZan

Yazı ve Sanat Ülkesi

İrəm Bağım / Şəfa Vəli

Bir gün açıq qapıları
Bağlayıb da güləcəyəm.
Və sonuncu yalanları
Qucaqlayıb sevəcəyəm.

Bir gün göylər də qapısın
Açıb məni səsləyəcək…
Mən şeytanın öz doğması-
Mələk məni pisləyəcək.

Girəcəyəm qucağına
Axtalanmış ümidimin…
Deyirlər, İrəm bağında
Şənliyi var gedişimin…

Həvva olanda nolur ki?!
Getdim, sevin, alma bağı.
Guya almasız nolub ki?!
“Gəncə mənim İrəm bağım”

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 24 eseri bulunmaktadır.