DergiZan

Yazı ve Sanat Ülkesi

Mən Bir Buz / Rohíy Méralé

Bir qış ortasında
Buz idim donmuş qəlbin ağuşunda
Bir əl uzanırdı uzaqdan,
uşaqlıq çağının xəyallarından
O isti ovuclara oxunmuş neçə dua,
O kiçik ömürdə isinirdi bütün dünya..
Buz bağlayır indi ruhum qış çağında.
“Sarıl o uşağa, o xəyallara,
sarıl əllərində isinmədiyin anlarına” –
deyir buz qəlbim, indi qoynumda.
.
Mən bir buz, soyuq qış ortasında
Ölür qəlblərdə böyüdükcə uşaqlar,
yeri boş, soyuq, buz
arayır bir ümid, dilək tutur,
göyləri seyr edərkən, enir bir ulduz
Deyirlər, ömürdü, bitərkən göylərdə sönür bir ulduz
Bizi göylərdə ölməyə inandırırlar..
Qəlbimdə ölmüş bir uşaq var,
böyüməyən, göy mavisinə həsrət,
beşiyi də, qəbri də qəlbimdə yatırlar..
.
Bir qış ortasında
Buz qəlbin səssiz harayında
Duymayacaq keçmişdən kimsə,
dinləməz indi də bir kəs,
laylasını, ağısını, sükutunu..
Məzar qəlbdə yaşayan o tək ruhu,
deyir, gəl görüşək keçmişdə,
uşaq ömrün bitdiyi o yerdə, bir söz deyim, dinlə,
Yaşat məni, yaşat hər nəfəsində,
Yaşat ki, ölməsin mənimlə heç kimsə qəlbində.
.
Mən bir buz, soyuq qış ortasında
Qəlbimdə dua edən uşaq var,
İsidir əlləri.. duası göylərə çatanda.
18.01.2018

Bu yazıyı paylaş:

One thought on “Mən Bir Buz / Rohíy Méralé

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 6 eseri bulunmaktadır.

Yazarın diğer yazıları