Ölüm Qoxusu / Bənövşə Mahmudqızı

Ölüm qoxusu gələr burnuna
Ölüm qorxusu gələr ruhuna
Həmişə olduğu kimi
Hələ də hazır deyilsən.
Arzuların var
Məqsədlərin var
Amma…
Ölüm də var.
Xəstə və möhtac bədən
Xəstəlikdən yox,
əriyər ölüm fikrindən
Daş töküb ətəyindən,
Təslim olar ölümə…
Etməz kimsəyə zülm,
Yaxşıdır xəbərsiz ölüm.
Amma…
Arzuların var,
Məqsədlərin var.
Hələ də hazır deyilsən…

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

1 thought on “Ölüm Qoxusu / Bənövşə Mahmudqızı

    Semiramis

    (11 Şubat 2018 - 19:02)

    Ölümü anmak bile ölüme hazır olmakdır aslında.. yüreğine sağlık şairenin..

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir