İki Şiir / Aynur Agabelayeva

Valideyindir

Övladın həyata gəlmə səbəbi,
Körpəni böyüdən valideyindir.
Uşağın birazca cızılsa əli,
Ürəyi göynəyən valideyindir.

Şad olar övladın xoşbəxt günündə,
Şükür edər Allahına min kərə.
Balasını dərdli, qəmli görəndə,
Göydən yerə dəyən-valideyindir.

O qədər söz var ki, bu gün sinəmdə
“Bələdçi nə lazım görünən kəndə?”
Oğlu fərsiz, qızı nankor görəndə,
Qaməti əyilən valideyindir.

Tenha

Tənha yaşayıram, tənha gəzirəm
İstəmirəm kimsə yesin ömrümü
Durub sağlığıma bir çay süzürəm
Oturub saatla fikrə gedirəm
Tənha ölməməyi xəyal edirəm.

Başımda dağların dumanı, çəni
Dərin düşüncələr aparır məni
Gözdən keçirirəm olub keçəni
Təkliyin sükutu lap yorur məni
Tənha ölməməyi xəyal edirəm

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir