DergiZan

Yazı ve Sanat Ülkesi

Ömrün Qış Çağı / Rohiy Merale

Bəyaz qar dənələri,
unudulmuş sənlə neçə-neçə talehin buz tutmuş xatirəsi
Gecikir, hələ gəlməyib,
duyulmur sənlə gedən sevgimin ləpirləri
Sən qışa sadiq, mən uzaq xatirəmə
Hər mövsüm gözləyirik keçib getdiyi yerdə
Hansı qış xatırlar tökdüyü qar dənəsin?!..
İnam bağışla mənə, yalana möhtac olan röyasız gecələrə..
.
Bəyaz qar dənələri,
Soyuq, buz qürurlu olsan da nədən,
əriyib gedirsən ağ intihar tək?
Ruhumu dəfn edib ömür,
mən niyə ölümdən qorxuram belə?
Nakam sevdaların ahıyıq bəlkə,
yoxsa bu yuxudur, oyanarıq qəfildən?..
Xəyal qura bilsəydik, kaş ki belə olaydı,
Sən yazın ilıq mehi, mən isə böyük sevda,
görüşərdik baharda…
.
Sən yağırsan sevginə,
mən yazıram üzərində şeirlər
– unudulmuş sevgidən..
Yağ, soyut qəlbimi,
qon, doldur boş qalmış əllərimi,
bəyaz qar dənələri..
“Ömrün qış çağıdır”, belə deyirlər
Bəlkə buz sevdanı bizə misal çəkirlər?
Yoxsa taleh mənimdir, təsəllimi edirlər?
Sənin qışında çiçək açar qardələn,
Mənim qışım niyə küsüb talehdən?
Ümid göstər mənə,
baxaram sonsuzca onun gəldiyi səmtə..
.
Bəyaz qar dənələri,
Bir sevda bir ölümsə,
sən yağ mənim sevgimə,
bürü bəyaz kəfənə.

 

18.12.2018

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 6 eseri bulunmaktadır.

Yazarın diğer yazıları