DergiZan

Yazı ve Sanat Ülkesi

Nal / Osman Fermanoğlu

“Bir mıx bir nalı,
bir nal bir atı,
bir at bir igidi,
bir igid bir elatı”
saxlayan vaxtlar,
uzaqmış, uzaq,
bunu da gedənin
“adına” yazaq…

1

Paslı naldı tapdığı,
aldı əlinə nalı…
Atlı, nallı günlərə
uçub getdi xəyalı.
İçində baş qaldırdı
dilin sorğu- sualı,
Beləcə gəzdi igid,
gəzdi hallı- havalı,
Bu nalı ona buta
vermişdi bəxt -yığvalı.

2

Ömründə at görməyən,
Atın nalını gördü…
Nallı ayaqlarının
od saçan halını gördü,
Kinolarda gördüyü atın
küləkləri qamçılayan yalını gördü.
O atın yalmanında,
qılınc çalan igidin
əlinin sığalını gördü…

3

Tapdığı paslı naldı,
gördü, əlinə aldı,
önündəki nə yoldu,
Yola uğur dilədi.
Əldə qılıncı taxta,
Boylandı, baxdı vaxta.
Söykənib qoca baxta
Qola uğur dilədi…
Fikri getdi uzağa,
Dava- döyüşlü çağa.
Gözucu baxdı sağa-
sola uğur dilədi…

4

Hər tərəfdən igidlər
Əldə silah gəlirdi.
“Yetişdim, ağam, gəldim”,-
səsləri yüksəlirdi…
Qulaqbatıran səslər
Yeri, göyü dəlirdi.
Bu səslərə qoşulub
uşaq da yüksəlirdi,
özünü qalib elin
vuran əli bilirdi…

5

Bu nə gözdü yol çəkir,
Yolun xəbəri yoxdu.
canı ağrı içində,
qulun xəbəri yoxdu.
Könlüm dərdlə dolandı,
Dərd boynuma dolandı.
Meşə doğram doğramdı,
Kolun xəbəri yoxdu.
Varmı yara sağaldan,
Tökülürük sığaldan.
Yalan sözmüş sağ əldən
solun xəbəri yoxdu…

6

Beləcə bircə anlıq,
Ayıldı xəyalından,
atı olmayan kəsə,
nə var atın nalından…
Apardı asdı nalı
qorunmayan qapının,
darvazanın yalından…
Barı evi qorunsun
qaragözlülərin
hiyləsindən, alından.

 

15 oktyabr 2018.

 

 

Bu yazıyı paylaş:

One thought on “Nal / Osman Fermanoğlu

Osman Fərmanoğlu için bir cevap yazın Cevabı iptal et

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 40 eseri bulunmaktadır.

Yazarın diğer yazıları