İki Şiir / Xuraman Camalqızı

Üreyim

Gel üreyim, sene deyim,
Sehvlerini silmeyecem !
Senin könül macaranla,
Ayaqlaşa bilmeyecem.

Her şeyin bir zamanı var,
Keçib geden karvanı var,
Yorğun düşmüş sarvanı var,
Heç ardınca gelmeyecem.

Sen kövreksen, men yorğunam,
Çox da heyata vurğunam,
Son vaxtlar ele durğunam,
Coşub, daşsan görmeyecem.

Gör ki, nelerden küsmüşem,
Candan ümidi kesmişem,
Men cansız quru sesmişem,
Sesim çıxmır, dinmeyecem.

Yazıq ürek, yükün ağır,
Senin sahibin çox fağır,
Ha harayla, ha da çağır,
Heç yolumdan dönmeyecem.

 

 

Son Nefes

Tanrı zer atmaz ki, dediyi haqdı,
Zaman yetişdimi , o hemin vaxtdı.
Ondan o terefe haqqın dergahı…
İki damla yaşla gözünü sıxdı.

Qelbi titreyirdi qeyri- ixtiyar,
Cavabı imkansız, yalnızca duyar,
Göz yaşı gözünden qelbine axar,
Bu sonuncu çöküş canları yaxdı.

Elleri uzalı ezizlerinde,
Tutunur heyata lal gözlerinde ,
Dermanı qalmadı sal dizlerinde,
İstedi ki, qalxsın, heç heyi yoxdu.

Düşündü heyatın gözelliklerin,
Heyatı boyunca elediklerin,
Xeyalına geldi gündelikleri,
Ötüşen illere bir daha baxdı.

Dünyada qalırdı varı-dövleti,
Kömeye gelmedi uca serveti
Gözüyle gördüyü qalan hörmeti,
Bunlardan başqa da heç neyi yoxdu.

Dua eylemekçün ellerin açdı
Üzü işıqlandı, sanki nur saçdı,
Bu an ezizlerin başında tacdı,
Gözleri son defe ildırım çaxdı.

Gözünün önüne varı gelirdi,
Dünyaca sevdiyi yarı gelirdi,
Namusu, qeyreti, arı gelirdi,
Süzüldü gözünün yaşları axdı.

 

 

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir