On Yeddi İl / Aynur Agabeleyeva

Bizi “dost”, tanışlar ayırdı bizdən,
İllərlə kefə sən, qəmə mən daldım.
Səni dostlarından “oğurlayım” mən?,
Qoy sənsiz qalsınlar, necə mən qaldım.

Ayrıldıq, təbəssüm söndü üzümdə,
Gözəl arzularım qaldı gözümdə.
İndi ailəmiz vardı bizim də,
Sən bir “kefkom” oğlan, mən şair oldum.

(Uçdu on yeddi il, getdi ömürdən,
Hicranla, həsrətlə bir yaşa doldum.
Bir beş il sonra da deyəcəksən ki,
“Ay Aynur, sən “Zara” mən də “Vir” oldum…)

 

 

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir