Gedirəm / Fargana Yusufkızı

Bu gün gedirəm səndən,
Sən olmayan şəhərə.
Gedərkən kədərimi
Buraxacam bir yerə.
Bu gün gedirəm səndən,
Vida etmədən..
səssiz…
Əl sallayanım da yox
Limandayam,
kimsəsiz…
İçimdə göz yaşları,
Boğuluram qəhərdən.
Kimin umurunda ki,
Gedirəm bu şəhərdən.
Kimə gərəyəm axı,
Kimə doğmayam..
yadam?
Yolçu yolunda gərək,
Çətin bir də qayıdam.
Gedirəm bu şəhərdən,
Sən olmayan şəhərə…
Gedərkən xatirəmi
Buraxacam bu yerə..
https://www.youtube.com/watch?v=xZJfMEMjN3A&feature=youtu.be
Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir