DergiZan

Yazı ve Sanat Ülkesi

Yad İzləri / Şefa Veli

düşür məni əllərindən,
yad izlərlə sevişim…
səndən sonra, sənə nə
arzum kimə ilişir?!

ölüb-ölüb dirilirəm
Nuhu ağlayandan bəri…
hər ömürdə bir sevirəm,
sonra… ölür sevdiklərim…

uydururam ayrılığı,
sevgiyə nağıl düzürəm…
küsdürüb qızıl balığı,
bitməyən ağıl gəzirəm…

Yoxa çıxmış sandığıyam
cehizinə aşiq qızın…
sənə nə, kimdi ağlayan,
göy üzündə xısın-xısın?!

Əllərindən düşür məni,
düşüm qalım bir daş üstə…
bu ömürdən ötür məni…
Bir dəfə de: “Baş üstə!”

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 24 eseri bulunmaktadır.