Aşk İçin / Aynur Ağabalayeva

Elə istəyirəm dayansın saat,
Getməsin ömrümüz,uçmasın zaman.
Gərəksə “döyüşək” eşqimiz üçün,
Ya bir şəhid olaq, ya da qəhrəman!

Elə istəyirəm dayansın saat,
Keçmədən yetişək biz o qatara.
Ömrün yarısında olsa da çataq,
Yetkin yaşındakı saf arzulara.

Elə istəyirəm dayansın saat,
Bir az möhlət versin,biraz vaxt bizə.
Oğlunu, qızını sıxım sinəmə,
Sən də ad fikirləş körpələrimə.

Elə istəyirəm dayansın saat,
Söykənim saatın əqrəblərinə.
Bu ömür payımdan qalan nə varsa,
Yaşansın səninlə, bitsin səninlə…

 

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir