Ömründən Bir Günü Mənimçün Ayır / Leyla Metin

Demirəm ömrünü mənə bağışla
Demirəm mənimlə bahar et, qışla
Həyata bircə gün mənimlə başla
Gözlərim həsrətli günləri sayır
Ömründən bir günü mənimçün ayır.

Demirəm bir gedək uzaq diyara
Demirəm uzaq ol sevdiyin yara
Məni bircə anlıq yetir ilqara
Nə olar bir dəfə “həyatım” çağır
Ömründən bir günü mənimçün ayır.

Demirəm ömrünə yazılım qalım
Ətrini sevdiyin çiçək, gül olum
Sevginə möhtac bir kölə, qul olum
Sənsə hesab elə lazımsız çayır
Ömründən bir günü mənimçün ayır

 

 

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir