Şeir Qadın / Fargana Yusufkizi

 

Bu gecə gözümdən şeir tökülür
Hecalar asılıb kipriklərimdən
Mən şeir qadınam
sevə bilməzsən!
Sətir-sətir unut
xatırla bənd-bənd

Mən şeir qadınam
səni itirib
Bir sevgi şeirimdə taparam bəlkə
Səbəbsiz inciyib
sonra kim bilir
Ən şirin misrama qataram bəlkə

Ətrini,sehrini qoyub kənara
Bircə gülüşünə dastan yazaram
Mən şeir qadınam
mən yenə oyam
Silərəm
Yenə də başdan yazaram

 

 

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir