Yurdundan Uzaq Düşən Adam / Osman Fermanoğlu

Yurdundan uzaq düşən adam
yatar üzü yurduna sarı
Kirpikləri olar
oğulsuz qoyub gəldiyi
evin hasarı
Yollara boylanar
atası, anası
halına yanası
Bənövşə adamlar
Bitişməz həsrət yarası
ha ovut
ha sarı

Vaxt keçər
Köz-közünə qovuşar
Od oduna
Yurdundan uzaq düşən adam
bir qərib bayatıya bükülü
tabutda qayıdar yurduna

 

1986

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir