Bu Payız da Tənhayam / Fərqanə Yusifqızı

Bu payız da tənhayam,
Saralan yarpaqların,
Üşüyən budaqlarda,
Lap son qonağı kimi.
Bu payız da tənhayam,
Xəzan ümidlərimin,
Məzarı üzərində,
Söylənən ağı kimi..
Alıb xatirələri,
Yer tapmıram daşıyam,
Öldürəcəm hamısın,
Dəli sayağı kimi..
Bu payız da tənhayam,
Ətraf qırmızı,sarı,
Hər yan xına rəngində,
Gəlin ayağı kimi..
Bu payız da tənhayam..
Bu payız da soyuqdu..
Bu gönderiyi paylaşın:

Yazar: ramazan

1 thought on “Bu Payız da Tənhayam / Fərqanə Yusifqızı

    Əli Həsən

    (20 Ekim 2019 - 20:48)

    Size şiir göndermek mümkünmü?

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir