DergiZan

Yazı ve Sanat Ülkesi

Bu Payız da Tənhayam / Fergana Yusufqızı

Bu payız da tənhayam,
Saralan yarpaqların,
Üşüyən budaqlarda,
Lap son qonağı kimi.
Bu payız da tənhayam,
Xəzan ümidlərimin,
Məzarı üzərində,
Söylənən ağı kimi..
Alıb xatirələri,
Yer tapmıram daşıyam,
Öldürəcəm hamısın,
Dəli sayağı kimi..
Bu payız da tənhayam,
Ətraf qırmızı,sarı,
Hər yan xına rəngində,
Gəlin ayağı kimi..
Bu payız da tənhayam..
Bu payız da soyuqdu..
Bu yazıyı paylaş:

One thought on “Bu Payız da Tənhayam / Fergana Yusufqızı

Əli Həsən için bir cevap yazın Cevabı iptal et

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 17 eseri bulunmaktadır.