Ölsəm Bağışla / Fərqanə Yusifqızı

Bir vərəq sevgin qaldı, bir kitabsa ayrılıq.
Onsuz da bir əsrdi sənin ilə ayrıyıq.
Yollarına sadağa, adına qurban mənəm,
Sarıl mənə son dəfə, gəl qovuşaq birdənəm.

Dünyanın o başından səslə məni, harayla
Gəlləm yağan yağışla, gəlləm günəşlə, ayla.
Mənə qoy vətən olsun, o müqəddəs qucağın
Ayağın dəyən yerlər ziyarətim, ocağım.

Danış ay ömrüm-günüm, səsin olsun nəfəsim,
Sən gedirsən, söylə bəs, kim olacaq hər kəsim..
Getsən də çarə nədir, uğurlaram alqışla
Sənsiz dözə bilməyib ölsəm məni bağışla..

 

 

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir