DergiZan

Yazı ve Sanat Ülkesi

Könlüm / Fergana Yusufqızı

Həsrətinə dayanmağa,
Başı qarlı dağdı könlüm.
Taqəti yox ovunmağa,
Viran olan bağdı könlüm.

Ahım çatar göy üzünə,
Tanrı inanmaz sözümə,
Düşüb qalım izlərinə,
Bir səs,bir sorağdı,könlüm.

Yandı bağrım,yaman dolub,
Göz yaşlarım leysan olub,
Arzularım vaxtsız solub,
Bu necə bir çağdi könlüm.

Çatladı səbrimin daşı,
Yüzdür həsrətimin yaşı,
Kimlə olum dərd yoldaşı?
Ömrümə yarağdı könlüm.

Qəm yükümü çəkim gedim,
Bircə ümid əkim gedim,
Xəyal tək çəkilim,gedim,
Eşqin ağ varağdı könlüm.

Bu yolların sonu zulmət,
Hey gözləyir bizi möhnət,
Burax ölum etmə zəhmət,
Niyə hələ sağdı könlüm.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 17 eseri bulunmaktadır.