Xəbərin Yox / Leyla Metin

Oyan artıq sabahdı yar
Gecə sübhə oyaqdı yar
Gözlər yenə bulaqdı yar
Sənin məndən xəbərin yox.

Vəfalıdır həsrət ,hicran
Heç buraxmır məni bir an
Sənsiz sənli ötür zaman
Sənin məndən xəbərin yox.

Dəliliksə dəliyəm mən
Eşq şah olub köləyəm mən
Nə zamandır beləyəm mən
Sənin məndən xəbərin yox.

Səbəb sənsən günah mənəm
Bir eh etsən min ah mənəm
Sənə yerdə Allah mənəm.
Sənin məndən xəbərin yox

 

 

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir