DergiZan

Yazı ve Sanat Ülkesi

Ümidin Qürub Çaği / Osman Fermanoğlu

Günəş doğmamışdan qabaq üfüqdə onun şəfəqləri “qırmızı atəşlə yannmağa” başlayır. Sonra Günəş Yerdən çıxırmış kimi səmanı qucaqlayır. Axşam olcaq qürub edən günəş yerə girirmiş kimi arxasında sarı iz qoyaraq “qeyb olur.”

Hakimiyyətdə olduğu “On dörd ildə (niyə on dörd il?) on dörd əyalət fəth etmiş” (KARL MARKS) Şah İsmayıla hökmdarlığının qürubunu yaşayan Hüseyn Bəyqara bir dəstə rəqqasə göndərir.

Rəqqasələri görüb acıqlanan Şah, mən bunların oyunlarına baxsam, əvəzimə kim qılınc çalıb ölkəmin sərhədlərini qoruyacaq, deyə rəqqasələri qəbul etmir.

Amma ki, Çaldıran döyüşündən sonra ümidsiz şəkildə:

“Diyari eşqə sultanəm, dila, mən də zamanimdə,
Vəzirimdir qəmu- qüssə oturmuş iki yanimdə.-“
deyir.

xxx

Bir qədər sonra paşalara, xanlara qan udduran Koroğlu qocalığın qürub nəğməsini gümüldənir:

Titrəyir əllərim, tor görür gözüm,
Mən mi qocalmışam, ya zəmanə mi?

xxx

Birinin borcu varmış, verə bilmirmiş. Borc aldığını “sabah–sabahla” yola verirmiş. Bir dəfə borc yiyəsi o, evdə olmayanda gəlir. Oğlu qapıdakı daşı göstərərək, “o daş göyərəndə gələr, borcunu alarsan” deyir. Atası gələndə ; “Daha borclunun gəlməyi daşın göyərməyinə qaldı” söyləyir. Atası: “Nahaq demişsən, daşdı birdən göyərdi, amma Tanrının sabahı bitməz, tükənməz” demiş…

Musa Yaqub qeyri- qəti hökm verdi:

“Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə, əllərimi üzmüşəm…
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz”

Şahmar Əkbərzadə:

“Şahmarlardan seçən olsa Şahmarı,
Bu dünyanın qara daşı göyərər.”  söyləyərək, şərtli, qeyri-qəti cavab verdi.

Məmməd Araz fikrini bu günümüzə ayna tutaraq ifadə elədi:

Mən Arazda şaxələnən çinardım,
Ömrü boyu tufan əydim, su yardım.
Xətayinin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi.”

 

Bir zamanlar, hələ ümidin duza gedən vaxtlarında bir şeir yazmışdım. O şeirdə :
“Üzü qüruba açılan pəncərələr,
Sizi üzü üfüqə çevirə bilsəydim” kimi misralar vardı…

Həm ümidi, həm o misraları küləklər apardı. Bizə itən torpaqların arxasınca karandaş yonub, Günəşin qürubunun şəklini çəkmək qaldı.
Bir də… Şah İsmayıl Xətayinin vəsiyyəti: “Babalarımızdan bizə üç yadigar qalmışdır: dilimiz, qeyrətimiz, Vətənimiz. Yaxşı nə başlamışamsa, davam edin. Səhvlərimi təkrar etməyin”.

Dilimizi başqa dillərə calaq etdik, namusu itə atıblar yeməyib, “qeyrətimizə” yavanlıq elədik, Vətənimiz bağanağı ayrılmış yarımcana bənzəyir… Biz buyuq, Baba!
Başımız başqa davalara qarışıb.
Biri də deputatlıq davası…

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 40 eseri bulunmaktadır.

Yazarın diğer yazıları