DergiZan

Yazı ve Sanat Ülkesi

Bakim / Gulsade İbrahimli

Bakim,
çılğın gəncliyimin mütəvazi şəhəri!
Mənim şeirlərimin sevgilisisən.
Dəli küləklərin üçün darıxıb saçlarım,
öpsəm Xəzərin göz yaşlarından,
sahilində intihar etsəm özləyişlərimi,
gözləyişlərimi.
Oğurlasam qağayılarının azadlığını.
Bakısızlamışam,
heç bilmirəm
nə vaxt,
haçan biz bu qədər doğmalaşdıq,
Nə vaxt sevdim səni?
Nə vaxt danışdıq?
Hansı təkliyin tanışlarıyıq?
Yosun qoxulu sevgilərin,
dalğa çırpınışlı ayrılıqların,
yalın ayaqlı,
çılpaq təkliklərin əl dəyməmiş məsumluğu…
Hürriyyətim,
hədsizliyimin dəli şəhəri
Hərlənir başımda buludu darıxmaqlarım… ipəyatmaz və sərsəri.
Bir gəlsəm,
nəfəsimə çəksəm qoxunu.
Yuxuya getməyən gecələrinin sərxoşu olsam.
Öpsə sinəmi Xəzrinin nəm dodaqları,
Sevişsəm küçələrinin erotik sükutsuzluğuyla.
Bakım mənim,
İçimdəki fırtınaların,
Təkliklərin,
Özündən yoxa çıxmışlıqların sevgili yatağısan.
Bax bu qədər darıxmışam,
Bax bu qədər sənsizəm.
Sən özünə sığmayan bir qadının sirr ortağısan.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 12 eseri bulunmaktadır.