DergiZan

Yazı ve Sanat Ülkesi

Üç Şiir / Nuranə Nur

Getmək

 

Getmək…
Arxanca baxacaq bir cüt
sevdiyin gözün olduğunu bilə-bilə
rəsmlərinlə,
sözlərinlə,
gözlərinlə,
xatırlanacağını bilə-bilə
getmək…
Ayrı-ayrı ürəklərdə eyni kədəri bölmək,
Ayrı- ayrı kəlmələrlə eyni sözu eşitmək
və getmək…
kəpənək ömrü ilə kifayətlənmək
yaşanacaq çox şeyin olduğunu bilə-bilə
tərk etmək
və getmək…
hələ doğulmayanlarla,
hələ ölməyənlərin
heç birinin həyatda olmadıqlarını
dərk etmək
və getmək…

Məni Anlasa

 

Günəş əritdiyi gecədən üzr istəyib,
doğur hər gün üzümüzə.
Havada yenə günah qoxusu var
Məncə günahkarların əvəzinə
onların əməlləri cavabdeh olmadır.
Qürurunun kölgəsində daldalanan,
Xoşbəxtliyi duyub,yaşaya bilməyənlər
Susurlarsa,
bu fırtınaya işarədir.
Məni anlasa, yalnız bir şair anlaya bilər.

 

Günahkar

Hər şeyimi sənsizliyimlə paylaşandan,
mənliyim sən doludur.
Sənsiz keçirdiyim hər an,
bir boşluq manifestidir,
oxumadığım kitablarda yazılan,
və bir geniş məzardı varlığıma qazılan.
Zamanla üz-göz ola-ola,
günlərimi saya-saya keçirdiyim ömürdə
könülsüz doğulan,
və bir dayaz qəmzədə boğulan təbəssümümdü.
Səninlə keçirdiyim sənsizliyin şərəfinə…
başıma çəkirəm göz yaşlarımı.
Sevməyi bacarana mükafat,
Günahlar günahsızına cəzadır bu.
Neyləyim,
Suyun axib öz çuxurunu tapdığı qədər günahkaram.

 

 

Bu yazıyı paylaş:

One thought on “Üç Şiir / Nuranə Nur

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 8 eseri bulunmaktadır.