” Arzum Gerçəkləşərkən… ” / Bənövşə Mahmudqızı

(Bütün təcavüzə uğrayan uşaqların xatirəsinə) Vaxt ötür… Köçür… Pis, yaxşı hər şeylər, Adları olan boş şeylər… Yığıb, yığışdırıb boxçanı, Əllərində pozanı… Beyinimdən silib gedir, Bu sənin arzundur, Deyib gedir… Hə arzum idi, Uşaqkən Təcavüzə uğrarkən… Göz yaşları axanda içimə, Deyə bilməyəndə heç kimə, Az qala ana olacaqdım, Kuklanı övlad bilən uşaqdım… Əzablarıma susdum, İçimə qusdum. […]

Şiirler / Osman Fermanoğlu

BOŞ-BOŞUNA BAŞ AĞRIDIR Paşam, ömür duz yatağı, nəm çəkir, Kölgə artır,öləziyir gün dəyən… Şumlayaraq tala-tala dərd əkir,– Boş-boşuna baş ağrıdır dən döyən. “Lazım gəlsə, yüyürərik”–söz arsız, Çeynəndikcə çürümədə bu saqqız… Meydan-meydan avazlanır hər ağız, Keçir kimin boğazından kim deyən? Hey kəssək də, ona-buna əriştə, Əməlimiz daş bitirir hər işdə… Hörümçəklər tor toxuyur bir küncdə, Düyün-düyün, […]

Gedirəm / Fargana Yusufkızı

Bu gün gedirəm səndən, Sən olmayan şəhərə. Gedərkən kədərimi Buraxacam bir yerə. Bu gün gedirəm səndən, Vida etmədən.. səssiz… Əl sallayanım da yox Limandayam, kimsəsiz… İçimdə göz yaşları, Boğuluram qəhərdən. Kimin umurunda ki, Gedirəm bu şəhərdən. Kimə gərəyəm axı, Kimə doğmayam.. yadam? Yolçu yolunda gərək, Çətin bir də qayıdam. Gedirəm bu şəhərdən, Sən olmayan şəhərə… […]

On Yeddi İl / Aynur Agabeleyeva

Bizi “dost”, tanışlar ayırdı bizdən, İllərlə kefə sən, qəmə mən daldım. Səni dostlarından “oğurlayım” mən?, Qoy sənsiz qalsınlar, necə mən qaldım. Ayrıldıq, təbəssüm söndü üzümdə, Gözəl arzularım qaldı gözümdə. İndi ailəmiz vardı bizim də, Sən bir “kefkom” oğlan, mən şair oldum. (Uçdu on yeddi il, getdi ömürdən, Hicranla, həsrətlə bir yaşa doldum. Bir beş il […]

Üç Şiir / Süleyman Abdulla

Şiir: Göydə   Mənim günahıma yazsın torpağı, Bəlkə görəmmədim mələyi göydə. Mən yerdə gəzirdim doğrunu, axı, Oğrunun var imiş kələyi göydə. Ac adam atını qılınca çapar, Qəm dönüb özünü it kimi qapar. Kim idi söyləyən,- axtaran tapar, Haqqı yerdə ara, fələyi göydə. Can çəkə bildiyi dərdi tən bilə, Nə mən bölə biləm, nə də sən […]

Su Bakışlı Kız / Bənövşə Mahmudqızı

Öyle bakarlar gözlere Sadece çok saf diye… Belki de şimdiye kadar Aff edilmeyecek şeyler yaptılar… Ama baktılar… O saf gözlere… Affı temsil ediyor diye Günahdan yanan bedene, Bir huzur niyyetine Baktılar… Uzun – uzun… Uzun bir hüzün görmediler Onları bu değildi ki… İlgilendiren… Vardı ilgi huzura. Kim arar, kim sorar Huzur dolu gözlerin Huzur veren […]

Yanına Gələcəm / Fargana Yusufkizi

Yanına gələcəm qərib bir axşam, sadəcə, sən hər gün yolumu gözlə. Gələcəm sakitcə, bəlkə də, sənin çoxdan gözlədiyin bir kəlmə sözlə. Payız axşamında gələcəm, bəlkə, bir leysan yağışda islansın tənim. Titrək addımlarla, gözlərimdə nəm, gəlib dayanacam qapında sənin. İsti otağına nəzər salacam, Deyəcəm, narahat etdim, bağışla. Sənin toxunduğun doğma əşyalar Məni salamlayar kövrək baxışla. Sənə […]

Məktub / Fargana Yusufkızı

Məndən nigaran qalma, Hər şey qaydasındadı Yuxum qaçıb sadəcə Heç bilmirəm hardadı. Evin divarlarından yuxusuzluq tökülür, bayırda dan yeri də sən olmadan sökülür. Yuxu cəhənnəmə e, Dörd tərəfim işgəncə, Yenə iştahım qaçıb, Yaşayıram beləcə. Hara baxsan dərmandı yenə xəstə olmuşam. sevginə bürünürdüm üstüaçıq qalmışam. Quruyub dodaqlarım, indi uçuq-uçuqdu. Sulugözlü olmuşam, Ehh, biabırçılıqdı.. Bunlar dərdin yarısı, […]

Səninlə Görüşən Gün / Fargana Yusufkızı

Bir qərib sərçə olub, Pəncərənə qonaydım. Gözlərinə baxınca, Yerimdəcə donaydım. Əlindən tutmaq üçün, Alışaydım, yanaydım, Səninlə görüşən gün. Deyəydim ki, gəlmişəm, Ay başımın bəlası. Qoy silinsin üzündən, Təkəbbürü, ədası. Yayılsın yer üzünə, Bu vüsalın sədası Səninlə görüşən gün. Yüyürüb sahil boyu, Dənizə daş ataydıq. Nisgilli qəlbimizə, Sevinc, nəşə qataydıq. Xoşbəxtlikdən məst olub, Səmalara çataydıq Səninlə […]

İki Şiir / Xuraman Camalqızı

Üreyim Gel üreyim, sene deyim, Sehvlerini silmeyecem ! Senin könül macaranla, Ayaqlaşa bilmeyecem. Her şeyin bir zamanı var, Keçib geden karvanı var, Yorğun düşmüş sarvanı var, Heç ardınca gelmeyecem. Sen kövreksen, men yorğunam, Çox da heyata vurğunam, Son vaxtlar ele durğunam, Coşub, daşsan görmeyecem. Gör ki, nelerden küsmüşem, Candan ümidi kesmişem, Men cansız quru sesmişem, […]

Nal / Osman Fermanoğlu

“Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir elatı” saxlayan vaxtlar, uzaqmış, uzaq, bunu da gedənin “adına” yazaq… 1 Paslı naldı tapdığı, aldı əlinə nalı… Atlı, nallı günlərə uçub getdi xəyalı. İçində baş qaldırdı dilin sorğu- sualı, Beləcə gəzdi igid, gəzdi hallı- havalı, Bu nalı ona buta vermişdi […]

Bu şəhər / Fargana Yusifgızı

Bu şəhər bəlkə ən gözəl şəhər olardı içində sən olsaydın.. Səninlə daha mavi olardı dəniz ay daha parlaq‚ ulduzlar daha yaxın. Və.. günəş axşamları gözlərimdə batmazdı. hava şarı daha yüksəklərə uçardı. Kaleiçində pul qazanan kamançı musiqini bu qədər ağrılı çalmazdı.. Bu şəhər bəlkə ən aşiq şəhər olardı içində sən olsaydın.. Hər gecə qar yağmazdı Mazı […]

Ömrün Qış Çağı / Rohiy Merale

Bəyaz qar dənələri, unudulmuş sənlə neçə-neçə talehin buz tutmuş xatirəsi Gecikir, hələ gəlməyib, duyulmur sənlə gedən sevgimin ləpirləri Sən qışa sadiq, mən uzaq xatirəmə Hər mövsüm gözləyirik keçib getdiyi yerdə Hansı qış xatırlar tökdüyü qar dənəsin?!.. İnam bağışla mənə, yalana möhtac olan röyasız gecələrə.. . Bəyaz qar dənələri, Soyuq, buz qürurlu olsan da nədən, əriyib […]

Xeyri Yoxdur Gecələrin Heç Kimə / Vüsal Yurdoğlu

“Gecən xeyrə” deməyindən bəlliydi Xeyri yoxdur gecələrin heç kimə… “Bu gecənin yuxusuna inanma, Bu gecədən oyat məni, gecikmə…” -istəyirdim deyəm, ancaq demədim, Süfrə dolu naz-nemətlə, yemədim. Çörəyimdən bircə tikə kəsməmiş, Yuxuladım oyaqlıqdan küsməmiş… Gördüm, gedir böyük insan ordusu, Gördüm, gedir savab, günah sorğusu… Növbə mənə çatanacan gözlədim, Öldüyümü zənn etmirdim, doğrusu… Sonra məni dindirdilər, dinmədim, […]

Alın Yazım / Aynur Agabaleyeva

İllər öncəki xəyalım, İllər sonra da arzumsan. Yetişmədiyim vüsalım, Həsrətim, eşq avazımsan. Qəlbimdəki tək istəyim, İnləyən könül sazımsan. Səninlə vurur ürəyim, Yaşamağıma lazımsan. Hərdən çiçəkli baharım, Hərdən qışım, ayazımsan. Ürək param, tənim, yarım Bəlkə də, mənim özümsən. Olsam da səndən uzaqda Röyyalarımda mənimsən. Şerimsən bəyaz varaqda Taledə alın yazımsan.   Bu gönderiyi paylaşın:

Tebessüm Renginde / Xuraman Camalqızı

Sesinde dincliyim gözlerin yumur, Könlüm nefesinden bir heyat umur, Qulaq kesilmişem, dinleyirem men, Ruhumu oxşayır, hesreti yuyur. Ele bil hardasa yaxınlardasın . Gözlerim dörd olur, sesleyirem men. Sesin ele şirin, cana yaxındı, Sesine sarılmaq isteyirem men. Evin divarları tutub saxlayıb, Sesin perde-perde qulağımdadı. Sene ünvanlanan pıçıltılarım, Tebessüm renginde dodağımdadı. Sesin yükselecek, sesin enecek, Yazılıb yaddaşım […]

Şiir Destesi / Osman Fermanoğlu

Qəhrini Dağ sığına dumanların içinə, İtik gəzən dərə çəkə qəhrini. Çənə düşən dürnaların köçünə Göz şehini dərə çəkə qəhrini. Hərə sinib kölgəsinə bir adın,- Barıtı da nəm çəkəndi, bir atım. Nallarından pas ələnə bir atın, Öləziyən nərə çəkə qəhrini… Çoxdan ölüb zirvələrin loğmanı, Seçə bilmir, nə yaxını, doğmanı. Öz əliylə ağzındakı loxmanı Özgəsinə verən çəkə […]

Ben Zaten Kanmışım / İltimas İsmayil

  Bana aşkı sorma, hele anlatma Ben zaten yanmışım yandığım kadar Tatlı diller döküp kalbi çınlatma Ben zaten kanmışım kandığım kadar. Zamansız kapımı döven misafir Ayağım bağlıdır yüreğim esir Sevdanın yaktığı canım telesir Yaşama dönmüşüm döndüğüm kadar. Diyorsun sev beni kalbe zorum yok Dümensiz gemiyim, tutan dorum yok Ruhum can çekişir, çalan borum yok Mutluydum […]