Səninlə Görüşən Gün / Fargana Yusufkızı

Bir qərib sərçə olub, Pəncərənə qonaydım. Gözlərinə baxınca, Yerimdəcə donaydım. Əlindən tutmaq üçün, Alışaydım, yanaydım, Səninlə görüşən gün. Deyəydim ki, gəlmişəm, Ay başımın bəlası. Qoy silinsin üzündən, Təkəbbürü, ədası. Yayılsın yer üzünə, Bu vüsalın sədası Səninlə görüşən gün. Yüyürüb sahil boyu, Dənizə daş ataydıq. Nisgilli qəlbimizə, Sevinc, nəşə qataydıq. Xoşbəxtlikdən məst olub, Səmalara çataydıq Səninlə […]

İki Şiir / Xuraman Camalqızı

Üreyim Gel üreyim, sene deyim, Sehvlerini silmeyecem ! Senin könül macaranla, Ayaqlaşa bilmeyecem. Her şeyin bir zamanı var, Keçib geden karvanı var, Yorğun düşmüş sarvanı var, Heç ardınca gelmeyecem. Sen kövreksen, men yorğunam, Çox da heyata vurğunam, Son vaxtlar ele durğunam, Coşub, daşsan görmeyecem. Gör ki, nelerden küsmüşem, Candan ümidi kesmişem, Men cansız quru sesmişem, […]

Nal / Osman Fermanoğlu

“Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir elatı” saxlayan vaxtlar, uzaqmış, uzaq, bunu da gedənin “adına” yazaq… 1 Paslı naldı tapdığı, aldı əlinə nalı… Atlı, nallı günlərə uçub getdi xəyalı. İçində baş qaldırdı dilin sorğu- sualı, Beləcə gəzdi igid, gəzdi hallı- havalı, Bu nalı ona buta vermişdi […]

Bu şəhər / Fargana Yusifgızı

Bu şəhər bəlkə ən gözəl şəhər olardı içində sən olsaydın.. Səninlə daha mavi olardı dəniz ay daha parlaq‚ ulduzlar daha yaxın. Və.. günəş axşamları gözlərimdə batmazdı. hava şarı daha yüksəklərə uçardı. Kaleiçində pul qazanan kamançı musiqini bu qədər ağrılı çalmazdı.. Bu şəhər bəlkə ən aşiq şəhər olardı içində sən olsaydın.. Hər gecə qar yağmazdı Mazı […]

Ömrün Qış Çağı / Rohiy Merale

Bəyaz qar dənələri, unudulmuş sənlə neçə-neçə talehin buz tutmuş xatirəsi Gecikir, hələ gəlməyib, duyulmur sənlə gedən sevgimin ləpirləri Sən qışa sadiq, mən uzaq xatirəmə Hər mövsüm gözləyirik keçib getdiyi yerdə Hansı qış xatırlar tökdüyü qar dənəsin?!.. İnam bağışla mənə, yalana möhtac olan röyasız gecələrə.. . Bəyaz qar dənələri, Soyuq, buz qürurlu olsan da nədən, əriyib […]

Alın Yazım / Aynur Agabaleyeva

İllər öncəki xəyalım, İllər sonra da arzumsan. Yetişmədiyim vüsalım, Həsrətim, eşq avazımsan. Qəlbimdəki tək istəyim, İnləyən könül sazımsan. Səninlə vurur ürəyim, Yaşamağıma lazımsan. Hərdən çiçəkli baharım, Hərdən qışım, ayazımsan. Ürək param, tənim, yarım Bəlkə də, mənim özümsən. Olsam da səndən uzaqda Röyyalarımda mənimsən. Şerimsən bəyaz varaqda Taledə alın yazımsan.   Bu gönderiyi paylaşın:

Tebessüm Renginde / Xuraman Camalqızı

Sesinde dincliyim gözlerin yumur, Könlüm nefesinden bir heyat umur, Qulaq kesilmişem, dinleyirem men, Ruhumu oxşayır, hesreti yuyur. Ele bil hardasa yaxınlardasın . Gözlerim dörd olur, sesleyirem men. Sesin ele şirin, cana yaxındı, Sesine sarılmaq isteyirem men. Evin divarları tutub saxlayıb, Sesin perde-perde qulağımdadı. Sene ünvanlanan pıçıltılarım, Tebessüm renginde dodağımdadı. Sesin yükselecek, sesin enecek, Yazılıb yaddaşım […]

Şiir Destesi / Osman Fermanoğlu

Qəhrini Dağ sığına dumanların içinə, İtik gəzən dərə çəkə qəhrini. Çənə düşən dürnaların köçünə Göz şehini dərə çəkə qəhrini. Hərə sinib kölgəsinə bir adın,- Barıtı da nəm çəkəndi, bir atım. Nallarından pas ələnə bir atın, Öləziyən nərə çəkə qəhrini… Çoxdan ölüb zirvələrin loğmanı, Seçə bilmir, nə yaxını, doğmanı. Öz əliylə ağzındakı loxmanı Özgəsinə verən çəkə […]

Əllərindən / Süleyman Abdulla

Pırpız saçlarında qarışar sığal, Şəbnəm ətri gələr nəm əllərindən. Həyat vəfasızdır, ömür-gün cığal, Çıxar həm canından, həm əllərindən. Dağlar öz başına sarıyar cuna, Göydə bulud gülər, şimşək uğunar. Düşər ayaqların dərd bolluğuna, Sevinc azıb gedər kəm əllərindən. Havada asılan nisgildir duman, Aynımaz kədərdən xoşbəxtlik uman. Gedəndə qüssədir ardınca cuman, Gələndə zinhardır qəm əllərindən. Bu geniş […]

Şiirler / Ceyhunə Mehman

KEÇƏM KÜÇƏNİZDƏN… Keçəm küçənizdən bir qış gecəsi, ya adi dost kimi, ya tanış kimi. O gecə yuvandan perik düşəsən, yuvası dağılan qaranquş kimi. Bir “ah” çəkəsən ki, göylər alışa, fəryadın dünyanın ucuna düşə. Keçəm küçənizdən bir payız günü, ürəyin sürüşüb, ovcuna düşə. Məni gözləməyi adət edəsən, özünə sevimli bir “peşə” kimi. Keçəm küçənizdən bir yaz […]

Dört Şiir / Saday Şəkərli

1. Şiir Asıldım dar ağacından, fikrim sarı yarpaqdadı, nə başım göylərə çatır, nə ayağım torpaqdadı. Gileyim yardandı mənim, qismətim hardandı mənim, yorğanım qardandı mənim, döşəyim quru taxtadı. Bu nə zülüm, bu nə zillət, qürbət acı, vətən zülmət, dərdindən öldüyüm millət, yatıb, isti yataqdadı. Təzə çəpərdi dörd yanım, gül seyrində yaradanım, dindirmə, qaradı qanım, bəlkə də […]

Üç İl Oldu / Sefa Veliyeva

Bu qışın soyuğunda Üşüməz.. əlin üşüməz, saçlarıma dəyən vaxtı olub… Bir yanvar səhəri açılan pəncərələrin küləyə küsən vaxtı olub… Sənin barmağındakı bıçaq izi… Sənin gözün üstündəki xal… Mənim ürəyimdə sevda izi… Könlümə qısqanclıqdan düşən xal… Fərqlidi… Fərqli… Bax… İndi bu dəli oturub Gəncənin soyuğunda hələ sənə şeir yazır… Dünyanı atıb çiyninə Siz tərəfə bir yol […]

İki Şiir / Süleyman Abdullah

YADDAŞ QƏZASI O gün gözgörəsi ölürdüm sənsiz, An-an, nəfəs-nəfəs çıxırdı canım. Elə qərib idim, elə vətənsiz, Özümü yay kimi sıxırdı canım. Atmışdım özümdən özümü, Tanrım, Səninlə bir qovğam-qalım qalmayıb. Yollar elə qırıb gözümü,Tanrım, Kirpik çalmağa da halım qalmayıb. Yıxıldım qəfildən coşan selə mən, Bir ovuc su imiş… axar su,- ömrüm! Elə inanırdım sənə, elə mən, […]

Bir Demet Şiir / Osman Fermanoğlu

DAHA NƏ İT HÜRƏN VAR Daha nə it hürən var, nə də ki işıq gələn, Alan yox qara qoçdan ağ qoçun qisasını. Qara-qara dərdlərdi boz daşlarda dikələn, Əjdahaya çevirməz Musa da əsasını… Günü gündən böyüyər gələn ağrı -acılar, Göz yaşı selə dönən suya tutar ovcunu. Bir ucdan çoxalarlar bağlı həyət-bacalar, Qıfıllı qapıların kim daşıyar suçunu?… […]

Altı Şiir / Osman Fermanoğlu

Güldanda Böyüyür… Bir dostum güldanda bənövşə bitirməyiylə öyünür.. Bizdə bənövşələr çöldə bitərdi, Güldanda böyüyür sizdə bənövşə. Kol dibində, xəzəl altda itərdi,– Yanıb qovrulardı düzdə bənövşə. Suyunu verərdi dağın dumanı, Təbiət qoynunda gözəldi, hanı?… Güldanın içində sıxılır canı, Açıb-solan olur gözdə bənövşə. Osman, ev gülüsə baxmağa dəyməz, Nə çöllərə boylan, nə bənövşə gəz… Daha Qurbaninin sazı […]

Nuranə Nur Mədəniyyət TV’nin “Qobustan” verilişində / DergiZan

Azerbaycanlı şairlerimizden Nurana Nur’un konuk olduğu Medeniyet TV muhteşem bir program yapmış. Şairin kendi sesinden şiir sunumları bir klip havası içinde verilmiş, usta şair ve ozanların Nurana Nur’un şiiriyle ilgili tahlilleri de programa renk katmış. Bu güzel programdan DergiZan okurlarının mahrum olmaması gerektiğini düşünerek sizinle paylaşırken, Türkiye’deki televizyon programlarının sanata ve sanatçıya önem vererek bu […]

Üç Şiir / Sefa Veliyeva

Hər Mövsüm Eşq mən bütün fəsilləri eşq kimi yaşayıram… Tanrı sevmir küsənləri eşqə xatir barışıram… yuxumdakı məzar daşı deyir :”Ömrün uzun olsun!” bu da nənəmin alqışı: “özün kimi qızın olsun!” ürək istər söyləməyə -özüm də özümə yadam… mən bu apreldə ölməyə könül verməyən qadınam… hər mövsüm ayrılığın bəzəndiyi yeni dəbdi… öz dərdimə oxşamağım Tanrı üçün […]

İki Şiir / Aynur Agabelayeva

Valideyindir Övladın həyata gəlmə səbəbi, Körpəni böyüdən valideyindir. Uşağın birazca cızılsa əli, Ürəyi göynəyən valideyindir. Şad olar övladın xoşbəxt günündə, Şükür edər Allahına min kərə. Balasını dərdli, qəmli görəndə, Göydən yerə dəyən-valideyindir. O qədər söz var ki, bu gün sinəmdə “Bələdçi nə lazım görünən kəndə?” Oğlu fərsiz, qızı nankor görəndə, Qaməti əyilən valideyindir. Tenha Tənha […]