Ünvanlı Şeirlərin 2 / Ələddin Əzimli

TUMURCUQLARA Yağış yağır, nə xoş yağır yaz yağışı. Bulud-bulud boşalır göy, çəmən-çəmən boylanır yer ilahi yağışa doğru. Dartılır Günəşə sarı fidanların körpə, kövrək budaqları. Çimir, nazlanır ağaclar, ancaq yaman narahatdır yarpaq-yarpaq ağrı çəkən tumurcuqlar…   KİMSƏSİZLİYƏ Qış Günəşinin soyuq şüaları tək ümidsizlik boylanır pəncərədən solğun-solğun, təkəmseyrək. Sənin buz kimi şümşad əllərini andırır mənə bu solğunluq, […]

Ünvanlı Şiirler / Ələddin Əzimli

TƏKLİYƏ Təkliyim bilinməyən bir ağrıdır, gecə-gündüz çəkdiyim. Elə bil sönüb içimdə işıqlar. Bilinməyir günün hansı vaxtıdır. Nə Günəş var, nə Ay, nə də ulduzlar. Görəsən belə olur dünyanın hər yerində tənhalar və yalqızlar?..   AĞ BAYRAĞA Ayım bəlli, ilim bəlli, ömrün çoxu aldadıcı bir təsəlli. Gün var həyatımdan uzun- nə sonu var, nə əvvəli. Hələ […]