İki Şiir / Aynur Agabelayeva

Valideyindir Övladın həyata gəlmə səbəbi, Körpəni böyüdən valideyindir. Uşağın birazca cızılsa əli, Ürəyi göynəyən valideyindir. Şad olar övladın xoşbəxt günündə, Şükür edər Allahına min kərə. Balasını dərdli, qəmli görəndə, Göydən yerə dəyən-valideyindir. O qədər söz var ki, bu gün sinəmdə “Bələdçi nə lazım görünən kəndə?” Oğlu fərsiz, qızı nankor görəndə, Qaməti əyilən valideyindir. Tenha Tənha […]

Gizlenmişim Sənin Kölgəndə / Aynur Agabalayeva

Qəlbimdən tökülən cümlələrimdə, Qələmdən süzülən kəlmələrimdə, Dəftərdə,kagızda,şeirlərimdə, Məni ataranlar səni tapırlar. İtiriblər məni Yer kürrəsində, Gedib axtarırlar göy qübbəsində, Ürəyimin gizli zümzüməsində, Məni axtaranlar səni tapırlar. Bəlkə gizlənmişəm sənin kölgəndə? Kimsə gəzir məni cıraq əlində. Deyəsən yox olub getmişəm səndə, Məni axtaranlar səni tapırlar… Bu gönderiyi paylaşın:

Gətirdin / Aynur Agabalayeva

Sənsiz tufanlar daradı telimi, Şaxta, boran sıgalladı əlimi Bu dəlisov eşqin ilə ömrümü, İlk bahardan sonbahara gətirdin. Nə aglımda, nə fikrimdə vardın sən, Nə də düşünürdüm sevəm səni mən. Səninlə danışıb, dindiyim gündən, Məni fərqli xəyalllara gətirdin. Köksümdən cicək tək dərdin qəlbimi, Yolub yollarına sərdin qəlbimi. Sənə təmənnasız verdim qəlbimi, Bir gör məni, hardan-hara gətirdin… […]

Bir Şəklin Vardı / Aynur Agabalayeva

Bir şəklin vardı telefonumda. Əzizləyib saxladıgım, Darıxanda qucaqladıgım. Qəlbimi qırdıgında Yazıq-yazıq baxıb- agladıgım şəklin. Küsdüyümdə qarşıma qoyub, üzümü yan cevirib baxmadıgım şəklin… Bir şəklin vardı telefonumda Gülümsədiyin, Gülümsədiyim, Önəmsədiyim şəklin… Bir şəklin,.. Ən cox sevdiyim, Ən cox istədiyim şəklin… Ən son sildiyim,- varlıgına dözmədiyim şəklin… Bu gönderiyi paylaşın:

Tenha Qadın / Aynur Agabalayeva

Boylanırsan aynalara, Ovunursan baxışınla. Sulandıqca göz yaşınla Ürəyində sönmür odun, Həsrət yükü daşıyırsan, Tənha qadın. Titrək, zərif əllərinlə Sıgallayırsan telini. Ürəyin yaman inciyib, Yerə vurmursan belini. Gizli -gizli aglayırsan Kimsə görmür göz yaşını, Sıxmır qoynuna başını Ovxalayıb ovucunda, Gözlərinin yagışını Bükülürsən tənhalıga- Tənha qadın Alıb dəftər ,qələmini Cəkilirsən bir bucaga Yarıqaranlıq otaga Fikirlər ac quzgun […]

Sevgilim / Aynur Agabalayeva

Bu gecə royyalarda Səni gördüm sevgilim. Cox qəribə, qarışıq Cox pis yuxular idi… Bu gecə röyyalarda, Səni gördüm sevgilim. Sən vaz kecdin, mən susdum, Mən itirdim sevgilim.. Demək ki, qismətimdə “Kaş ki” demək var idi… Cox üzüldüm sevgilim.. Bu gecə röyyalarda, Səni gördüm sevgilim. Yanında bir uşaq da, Bir xanım da var idi,.- Məndən gözəl […]