Uzaqların Adamı / Fərqanə Yusifqızı

  Yenə də ağlımdasan, uzaqların adamı. Yenə də dodaqlarım pıçıldayır adını… Səni unutmaq üçün nə etdimsə olmadı, Nə iş-güc, nə də kimsə yerini doldurmadı… Yenə də ağlımdasan soyuq bir qış gecəsi, Bilsən nələr, nələr var ürəyimdən keçəsi… Xəyal kimi gələsən, könlümü ovudasan. Gedərkən yatağımda ətrini unudasan… Yenə də ağlımdasan uzaqların ADAMI…   Bu gönderiyi paylaşın: