Məktub / Fargana Yusufkızı

Məndən nigaran qalma, Hər şey qaydasındadı Yuxum qaçıb sadəcə Heç bilmirəm hardadı. Evin divarlarından yuxusuzluq tökülür, bayırda dan yeri də sən olmadan sökülür. Yuxu cəhənnəmə e, Dörd tərəfim işgəncə, Yenə iştahım qaçıb, Yaşayıram beləcə. Hara baxsan dərmandı yenə xəstə olmuşam. sevginə bürünürdüm üstüaçıq qalmışam. Quruyub dodaqlarım, indi uçuq-uçuqdu. Sulugözlü olmuşam, Ehh, biabırçılıqdı.. Bunlar dərdin yarısı, […]

Səninlə Görüşən Gün / Fargana Yusufkızı

Bir qərib sərçə olub, Pəncərənə qonaydım. Gözlərinə baxınca, Yerimdəcə donaydım. Əlindən tutmaq üçün, Alışaydım, yanaydım, Səninlə görüşən gün. Deyəydim ki, gəlmişəm, Ay başımın bəlası. Qoy silinsin üzündən, Təkəbbürü, ədası. Yayılsın yer üzünə, Bu vüsalın sədası Səninlə görüşən gün. Yüyürüb sahil boyu, Dənizə daş ataydıq. Nisgilli qəlbimizə, Sevinc, nəşə qataydıq. Xoşbəxtlikdən məst olub, Səmalara çataydıq Səninlə […]

Bu şəhər / Fargana Yusifgızı

Bu şəhər bəlkə ən gözəl şəhər olardı içində sən olsaydın.. Səninlə daha mavi olardı dəniz ay daha parlaq‚ ulduzlar daha yaxın. Və.. günəş axşamları gözlərimdə batmazdı. hava şarı daha yüksəklərə uçardı. Kaleiçində pul qazanan kamançı musiqini bu qədər ağrılı çalmazdı.. Bu şəhər bəlkə ən aşiq şəhər olardı içində sən olsaydın.. Hər gecə qar yağmazdı Mazı […]