Gedirəm / Fargana Yusufkızı

Bu gün gedirəm səndən, Sən olmayan şəhərə. Gedərkən kədərimi Buraxacam bir yerə. Bu gün gedirəm səndən, Vida etmədən.. səssiz… Əl sallayanım da yox Limandayam, kimsəsiz… İçimdə göz yaşları, Boğuluram qəhərdən. Kimin umurunda ki, Gedirəm bu şəhərdən. Kimə gərəyəm axı, Kimə doğmayam.. yadam? Yolçu yolunda gərək, Çətin bir də qayıdam. Gedirəm bu şəhərdən, Sən olmayan şəhərə… […]

Yanına Gələcəm / Fargana Yusufkizi

Yanına gələcəm qərib bir axşam, sadəcə, sən hər gün yolumu gözlə. Gələcəm sakitcə, bəlkə də, sənin çoxdan gözlədiyin bir kəlmə sözlə. Payız axşamında gələcəm, bəlkə, bir leysan yağışda islansın tənim. Titrək addımlarla, gözlərimdə nəm, gəlib dayanacam qapında sənin. İsti otağına nəzər salacam, Deyəcəm, narahat etdim, bağışla. Sənin toxunduğun doğma əşyalar Məni salamlayar kövrək baxışla. Sənə […]