Hasar / Gülşən Mustafa

Son vaxtlar yaranmış narazılıq günü-gündən artaraq üzə çıxmışdı. Axşamdan başlayan söz-söhbət kiminin baxışını, kiminin ovqatını dəyişmişdi. Səs-küy artdıqca  gərilmiş,  gərildikcə də münasibətlər doğmalıqdan çıxmışdı. Hamı sanki səs-səsə vermiş  nəyisə isbatlamağa çalışırdi. Artıq anlaşacaq hal qalmadı. Söz dəyərdən, gözdən düşdükcə əllər, ayaqlar işə başladı. Hamı bir-birinə dəydi.  Yalnız heç kəsə qarışmadan, bir kənarda taxtaların üstündə yanaşı […]