Qadın / Leyla Metin

Nədir yanağından axan ey qadın Sel yuyur üzünü xəbərin yox mu? Pəncərə önündən baxan ey qadın Göz yaşını silən əllərin yox mu. Ağzını aç danış söylə dərdini Axı kim bilməyib sənin qədrini Artırıb olmayan dərdi sərini Dərd deyən danışan dillərin yox mu? Nazı çəkilməli qadınsan sən də Gərək ki, gül açsın gözəl çöhrəndə Qış ötüb […]

Xəbərin Yox / Leyla Metin

Oyan artıq sabahdı yar Gecə sübhə oyaqdı yar Gözlər yenə bulaqdı yar Sənin məndən xəbərin yox. Vəfalıdır həsrət ,hicran Heç buraxmır məni bir an Sənsiz sənli ötür zaman Sənin məndən xəbərin yox. Dəliliksə dəliyəm mən Eşq şah olub köləyəm mən Nə zamandır beləyəm mən Sənin məndən xəbərin yox. Səbəb sənsən günah mənəm Bir eh etsən […]

Dənizin Səsi / Leyla Mətin

Dəniz kənarında tənha bir insan Dərdini susmaqla gətirir dilə Qəlbində qəm coşur ,qopur fırtına Süzülür gözündən yaş gilə-gilə. Ömrünü bir anda əks edir dəniz İzləyir dalğanı ,ləpəni səssiz Qəflətən danışır qəribə bir hiss Qonur yanağına təbəssüm ilə. Ömrünü xəyalən yaşar yenidən Kədəri,sevinci coşar yenidən Tək dəniz su ilə daşar yenidən Həyatsa ömürdən ötər bax belə […]

Ömrün Payızı / Leyla Mətin

Mən illərin yorğunu Ümidi qırıq biri Ayı itmiş gecədə Sehiri qaçmış pəri Mən həmən o qadınam Ürəyi buz bağlayan Gündüz hər kəslə gülən Gecələr tək ağlayan Xəyalların ardıyca Hey uzanır əllərim Yetişmir ki yetişmir Çiçək açmır güllərim. Səmanın rəngi tutqun Üzü bəyazlanıbdı Yanağı da şeh çəkib Lap mənə oxşayıbdı. Rəngi solub saralıb Bozarıbdı təbiət Bircə […]

Ömründən Bir Günü Mənimçün Ayır / Leyla Metin

Demirəm ömrünü mənə bağışla Demirəm mənimlə bahar et, qışla Həyata bircə gün mənimlə başla Gözlərim həsrətli günləri sayır Ömründən bir günü mənimçün ayır. Demirəm bir gedək uzaq diyara Demirəm uzaq ol sevdiyin yara Məni bircə anlıq yetir ilqara Nə olar bir dəfə “həyatım” çağır Ömründən bir günü mənimçün ayır. Demirəm ömrünə yazılım qalım Ətrini sevdiyin […]