Xeyri Yoxdur Gecələrin Heç Kimə / Vüsal Yurdoğlu

“Gecən xeyrə” deməyindən bəlliydi Xeyri yoxdur gecələrin heç kimə… “Bu gecənin yuxusuna inanma, Bu gecədən oyat məni, gecikmə…” -istəyirdim deyəm, ancaq demədim, Süfrə dolu naz-nemətlə, yemədim. Çörəyimdən bircə tikə kəsməmiş, Yuxuladım oyaqlıqdan küsməmiş… Gördüm, gedir böyük insan ordusu, Gördüm, gedir savab, günah sorğusu… Növbə mənə çatanacan gözlədim, Öldüyümü zənn etmirdim, doğrusu… Sonra məni dindirdilər, dinmədim, […]