Ölüm Qoxusu / Bənövşə Mahmudqızı
Ölüm qoxusu gələr burnuna
Ölüm qorxusu gələr ruhuna
Həmişə olduğu kimi
Hələ də hazır deyilsən.
Arzuların var
Məqsədlərin var
Amma…
Ölüm də var.
Xəstə və möhtac bədən
Xəstəlikdən yox,
əriyər ölüm fikrindən
Daş töküb ətəyindən,
Təslim olar ölümə…
Etməz kimsəyə zülm,
Yaxşıdır xəbərsiz ölüm.
Amma…
Arzuların var,
Məqsədlərin var.
Hələ də hazır deyilsən…
Ölümü anmak bile ölüme hazır olmakdır aslında.. yüreğine sağlık şairenin..