Gəlsin Dədə Qorqud / Gulnar Sama
Mən sənin sevginə ad qoyamadım,
Sən mənim eşqimin soyadı oldun.
Adım parçalandı dilində sənin,
İlkin hecasıtək ona da güldün.
Bu adsız sevgimin ünvanı sənsən,
Yol tapır qəlbimə sənin adınla.
Eşqini keçirtdim öz adıma ki,
Gedib əlbir olar başqa qadınla.
Sevgidən adını unudanların
Dili ömrü boyu bircə ad saysın.
Adsız sevgin ilə ad çıxarmısan
Gəlsin Dədə Qorqud adını qoysun.
“Gəlsin Dədə Qorqud / Gulnar Sama” için 1 yorum var:
Bir yanıt yazın Yanıtı iptal et
Bu Yazarın Diğer Yazıları (Toplam: 5 adet)
Döyüşçü Ailəsi / Gülnar Səma
1 Aralık 2020
Qardaşım / Gülnar Səma
18 Kasım 2020
Tovuz Şəhidləri / Gülnar Səma
28 Ağustos 2020
Xilas / Gülnar Səma
22 Mayıs 2020
Paylaşar / Gülnar Səma
25 Ocak 2018
Yüreğinize sağlık Gülnar hanım… kaleminiz hic susmasın… esen kalınız..