DergiZan

Yazı ve Sanat Ülkesi

Gəlsin Dədə Qorqud / Gulnar Sama

Mən sənin sevginə ad qoyamadım,
Sən mənim eşqimin soyadı oldun.
Adım parçalandı dilində sənin,
İlkin hecasıtək ona da güldün.

Bu adsız sevgimin ünvanı sənsən,
Yol tapır qəlbimə sənin adınla.
Eşqini keçirtdim öz adıma ki,
Gedib əlbir olar başqa qadınla.

Sevgidən adını unudanların
Dili ömrü boyu bircə ad saysın.
Adsız sevgin ilə ad çıxarmısan
Gəlsin Dədə Qorqud adını qoysun.

 

Bu yazıyı paylaş:

One thought on “Gəlsin Dədə Qorqud / Gulnar Sama

Semiramis için bir cevap yazın Cevabı iptal et

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 6 eseri bulunmaktadır.

Yazarın diğer yazıları