DergiZan

Yazı ve Sanat Ülkesi

“Əlim üzülür” / Bənövşə Mahmudqızı

Əlim üzülür,
Üz gülür,
Beyin düşünür.
Amma…
Əlim üzülür səndən.
Nə qədər ki, uzaqsan,
Nə qədər ki, buzsan
İnan ki, uduzacaqsan.
Özləyən demirəm,
Səni gözləyən biri var
Yeriməyi bilməyən
Bir körpə kimiyəm.
Bəlkə də sən də.
Bir ilk edək,
Sən mənim əlimi,
Mən sənin əlini
tutum.
Gözlərimi yumum,
Yeriməyi öyrənək.
Yəni sevməyi,
Sevməyi öyrənək.
Beyin düşünür…
Üzüm də gülür..
Amma…
Əlim səndən üzülür…
Nə qədər ki, uzaqsan,
Nə qədər ki, buzsan
İnan ki uduzacaqsan.

 

Bu yazıyı paylaş:

One thought on ““Əlim üzülür” / Bənövşə Mahmudqızı

Semiramis için bir cevap yazın Cevabı iptal et

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 14 eseri bulunmaktadır.