DergiZan

Yazı ve Sanat Ülkesi

İki Şiir / Mayisə Əsədullaqızı

Narin-Narin Yağ Yağiş

Bu gecənin hənirtisi məni
Yaman üşüdür
Ya da sənsizlik düşür
O sənsizlik ki
Baxıram bir zamanlar
Sevişdiyimiz məktublara
Yetməyən, amma
Bir-birimizə uzanan qollara
Gecələr çox danışdıq
Bizim yerimizə
Göylərin yuxusu gəldi
Soyuq yatağımdan
Məhəbbət qoxusu gəldi
Bir zaman dayandım yolun üstə
Sanki, yatıb
Ayıldım qolun üstə
Yağışlar gecikdirdi görüşümüzü
Məktublarda islatdı öpüşümüzü
Şıltaqlığım həyatıma bir naxış
Sən tələsmə
Narın-narın yağ yağış

Sevin, Sevilin

Payız gəldi, leysanında acizəm,
Küləklərə deyən sözüm qalmayıb.
Sən qəlbimdə ola-ola sənsizəm,
Dərdləri yazmağa üzüm qalmayıb.

Bitməyir dünyanın eşqi, həvəsi,
Min yerə yozurlar xırda adamlar.
Ruhumu oynadır sevgi nəfəsi,
Bağlıdır elinə, yurda adamlar.

Məhəbbətsiz günüm olmasın, Allah,
Məni ruhsuzların gününə salma.
Alırsan canımı bir dəfəlik al,
Amma, məhəbbəti ruhumdan alma.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 2 eseri bulunmaktadır.

Yazarın diğer yazıları