Bu Payız da Tənhayam / Fergana Yusufqızı
Bu payız da tənhayam,
Saralan yarpaqların,
Üşüyən budaqlarda,
Lap son qonağı kimi.
Bu payız da tənhayam,
Xəzan ümidlərimin,
Məzarı üzərində,
Söylənən ağı kimi..
Alıb xatirələri,
Yer tapmıram daşıyam,
Öldürəcəm hamısın,
Dəli sayağı kimi..
Bu payız da tənhayam,
Ətraf qırmızı,sarı,
Hər yan xına rəngində,
Gəlin ayağı kimi..
Bu payız da tənhayam..
Bu payız da soyuqdu..
Size şiir göndermek mümkünmü?