Uzaqların Adamı / Fərqanə Yusifqızı
Yenə də ağlımdasan,
uzaqların adamı.
Yenə də dodaqlarım
pıçıldayır adını…
Səni unutmaq üçün
nə etdimsə olmadı,
Nə iş-güc, nə də kimsə
yerini doldurmadı…
Yenə də ağlımdasan
soyuq bir qış gecəsi,
Bilsən nələr, nələr var
ürəyimdən keçəsi…
Xəyal kimi gələsən,
könlümü ovudasan.
Gedərkən yatağımda
ətrini unudasan…
Yenə də ağlımdasan
uzaqların ADAMI…