DergiZan

Yazı ve Sanat Ülkesi

İki Şair / Bənövşə Mahmudqızı

Bir birinə aşiq olur, iki şair,
Gəl çıx içindən…
Hara çıxırsan,
Hara çıxıram?
Sən dərində,
Mən dərində.
İplərimizin gərilməyindən,
Sən yorğun,
Mən yorğun.
Amma yada düşürük,
İkimiz də oğrun-oğrun.
Çox şey deyir susqunluğun.
Həssas adamsan,
Başqa dünyasan.
Həyatımın kabusu,
Sevgimin namususan,
Ya da namusumun sevgisi.
Yəni o qədər təmiz.
Mən sənin yazmadığın şeirlər…
Bilmirlər, bilmirlər…
Bəzən eşq yazılmayan şeirlər…
Bilmirlər, bilmirlər…
Yəni bu qədər təmiz…

 

Bu yazıyı paylaş:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir