DergiZan

Yazı ve Sanat Ülkesi

Al Götür Yara Könlümü / Lalə İsmayıl

Ruhum qarda, qış havası,
Salıbdır tora könlümü.
Dən tutmuş yağış damlası,
Rəvamı yora könlümü?!

Göy Xəzəri deyib, sirdən
Araz yolun salır Kürdən,
Hərdən sakit, coşub hərdən,
Sel tək ax, ara könlümü.

Dağlar duman, səhər çağı,
Şeh ağlayır yarpaqları,
Küləklərdən al darağı,
Sığal çək, dara könlümü.

Gözdə dinib, közdə yanaq,
Qopub dildən, sözdə yanaq,
Gəl, odundan salma iraq,
Qoyma avara könlümü.

Yolunu sal Çənlibel’indən,
Dədəm Qorqudun elindən,
Salamım durna telindən,
Al, götür yara könlümü.

30 04 202

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 4 eseri bulunmaktadır.

Yazarın diğer yazıları